Meksikada tələbə adi çətiri günəş enerjisi toplayan və mobil cihazları enerji ilə təmin edən qurğuya çevirmək üçün yeni layihə hazırlayıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Meksikanın Universidad Casa Blanca Universitetinin tələbəsi Viktoriya Qarsiya Moreno hazırladığı konseptdə çətirin səthini günəş panelləri ilə təchiz edib.
Layihəyə əsasən, günəş panellərinin topladığı enerji çətirin gövdəsi vasitəsilə sap hissəsində yerləşdirilən enerji toplayıcısına ötürülür. Dəstəyə yerləşdirilən USB və USB-C girişləri vasitəsilə mobil telefon və digər elektron cihazları enerji ilə doldurmaq mümkün olur.
Tələbənin sözlərinə görə, bu sistem istifadəçinin hərəkətdə olduğu zaman belə günəş enerjisini toplamağa və onu sonradan istifadə etməyə imkan verir.
Hazırlanan çətirdə istifadə olunan günəş panelləri suya davamlıdır, elektron hissələr isə yağışdan qorunması üçün dəstəyin daxilində yerləşdirilib.
Bununla yanaşı, layihənin hələ konsept mərhələsində olduğu bildirilir. Qeyd olunur ki, qatlanan çətirlərdə çevik günəş panellərinin davamlılığının təmin edilməsi hazırda həllini gözləyən əsas texniki problemlərdən biridir.
Layihə beynəlxalq James Dyson Award müsabiqəsinə təqdim olunub. Hesab olunur ki, gələcəkdə çevik elektronika texnologiyalarının inkişafı bu ideyanın kommersiya məhsuluna çevrilməsinə imkan yarada bilər.


Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:47 / 27.06.2026
Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO
Hazırda oxunan: Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO
Hazırda oxunan: Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO
621824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































