Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

Hazırda oxunan: Venesuelada ana qızını xilas edərkən həyatını itirdi - FOTO

621807

Venesuelada baş verən güclü zəlzələlər zamanı azyaşlı qızını xilas edən ana həyatını itirib.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu barədə venesuelalı futbolçu Hektor Bello sosial şəbəkə hesabında paylaşım edib.

Yerli media həyatını itirən qadının futbolçunun həyat yoldaşı Andrea olduğunu bildirib.

Bello paylaşımında həyat yoldaşının qızlarını xilas etmək üçün özünü fəda etdiyini yazıb.

"Qızımıza onun həyatını necə xilas etdiyini, son nəfəsinə qədər onu tək qoymadığını danışacağam", – deyə futbolçu qeyd edib.

Bello bildirib ki, qızı və onun xalası dağıntılar altından xilas edilərək xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Hadisədən sonra paylaşdığı digər postda isə futbolçu bunları yazıb: "Qızıma necə deyim ki, anası onun həyatını xilas etmək üçün öz canından keçdi? Mən isə yanında deyildim".

Yerli futbol təşkilatı "Cumaná de Campeones" də Andreanın dağıntılar altından ölü tapıldığını təsdiqləyib. Bildirilib ki, ailənin yaşadığı bina zəlzələ nəticəsində dağılıb, azyaşlı qız isə sağ qalıb.

Qeyd edək ki, Venesuelada paytaxt Karakas yaxınlığında baş verən iki güclü zəlzələ nəticəsində azı 920 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Xilasetmə əməliyyatları davam edir.


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin