Yol qəzasında bir nəfərin ölümü və digər şəxsin ağır xəsarət alması ilə bağlı təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyeva məhkəmə prosesinin uzanmasına etiraz edib.
Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkədə açdığı canlı yayım zamanı göz yaşları içində günahsız olduğunu iddia edib.
O, qarşı tərəfin avtomobili yüksək sürətlə idarə etdiyini bildirərək hadisənin bütün məsuliyyətinin onun üzərinə qoyulmasına etiraz edib.
İlduzə Hacıyeva autizmli övladının olduğunu və aylardır onun müalicəsi ilə məşğul ola bilmədiyini deyib. O, həmçinin qarşı tərəfin ailəsinin ondan 100 min manat tələb etdiyini və bu səbəbdən təzyiqə məruz qaldığını iddia edib.
"Qarşı tərəf, 100 min istədiniz, vermədim deyə belə edirsiniz? 100 minə görə 4 balamı anasız qoyursunuz. Məni burada öldürmüsünüz. Qızın atası atama zəng vurdu ki, mənə 100 min versin, yoxsa başına oyun açacağıq. hardan alım? Buna görə də sizi polisə şikayət etdim".
Qeyd edək ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Mərdəkan qəsəbəsi ərazisində baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarət alıb.
Hazırda iş üzrə məhkəmə araşdırması davam edir və yekun qərar hələ açıqlanmayıb. (milli.az)
Bizim.Media






































































































