İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

Hazırda oxunan: İsti havalarda evinizi sərin saxlamağın 6 YOLU

621816

Yay aylarında havanın temperaturunun yüksəlməsi həm sağlamlıq, həm də gündəlik həyat üçün çətinliklər yarada bilər. Mütəxəssislər isti havalarda evin və bədənin sərin saxlanılması üçün bir sıra tövsiyələr veriblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə pəncərələrin gecə və ya səhər tezdən, havanın daha sərin olduğu vaxtlarda açılmasını məsləhət görürlər.

Gün ərzində isə günəş şüalarının daxil olmasının qarşısını almaq üçün pəncərələrin, pərdələrin və jalüzlərin bağlı saxlanılması tövsiyə edilir.
 

Bildirilib ki, ventilyatorlardan düzgün istifadə də otağın sərin qalmasına kömək edə bilər. Bunun üçün ventilyator açıq pəncərənin qarşısına yerləşdirilə və ya önünə buz qoyula bilər. Lakin havanın temperaturu 35 dərəcəni keçdikdə ventilyatorun isti havanı bədənə yönəldərək əks təsir göstərə biləcəyi vurğulanır.


Mütəxəssislər günün ən isti saatlarında soba, plitə, paltaryuyan və qabyuyan maşın kimi istilik yaradan məişət avadanlıqlarından mümkün qədər az istifadə etməyi, daha çox soyuq qidalara üstünlük verməyi tövsiyə edirlər.

İlıq duş qəbul etmək, pambıq və kətan kimi təbii parçadan hazırlanmış geyimlər geyinmək, həmçinin soyuq kompresdən istifadə etmək də bədən hərarətinin aşağı salınmasına kömək edir.

Evdə qalmaq mümkün olmadıqda isə kondisionerli ictimai məkanlarda - kitabxana, ticarət mərkəzi və digər qapalı obyektlərdə vaxt keçirmək isti havanın təsirini azaltmaq üçün alternativ üsullardan biri hesab olunur.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin