Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Hazırda oxunan: Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

621868

Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb.
 

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı hotelin qarşısına gəlib. Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.


Hazırda Səmran Həsənovun üzərində cərrahi əməliyyat aparıldığı bildirilir. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin