800 illik qəsr bir avroya satışa çıxarıldı - Foto

Hazırda oxunan: 800 illik qəsr bir avroya satışa çıxarıldı - Foto

646770

Almaniyanın şərqində yerləşən Bad-Düben şəhərinin rəhbərliyi tarixi Şnaditts qəsrini simvolik olaraq 1 avro qiymətinə satışa çıxarıb.

Bizim.Media "Bild" nəşrinə istinadən xəbər verir ki, satışın əsas məqsədi təxminən 800 illik tarixə malik qəsrin bərpası üçün investor tapmaqdır.

Şnaditts qəsrinin ümumi sahəsi təxminən 1 012 kvadratmetrdir. Şərqi Almaniya dövründə qəsrin binalarında yaşayış mənzilləri, kommunal idarəetmə orqanı, poçt şöbəsi, uşaq bağçası və məişət xidməti obyektləri yerləşib. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra isə bina uzun müddət istifadəsiz qalıb.

2014-cü ildə qəsr ABŞ-dən olan özəl investorlara satılıb. Onlar burada hotel-restoran kompleksi açmağı planlaşdırıblar. Lakin 2018-ci ildə maliyyə çatışmazlığı səbəbindən layihə dayandırılıb.

Qəsrin satışına 1 avrodan başlanılır. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, potensial alıcı binanın əsaslı təmirinə təxminən 20 milyon avro vəsait xərcləməli olacaq.

800 illik qəsr bir avroya satışa çıxarıldı - Foto - foto 1
800 illik qəsr bir avroya satışa çıxarıldı - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin