Rusiya ordusu Kremençukda hotelə və yaşayış binasına zərbə endirdi -Video

Hazırda oxunan: Rusiya ordusu Kremençukda hotelə və yaşayış binasına zərbə endirdi -Video

646777

Noyabrın 8-də, bazar günü axşam saatlarında Rusiya işğalçı qüvvələri Ukraynanın Poltava vilayətində yerləşən Kremençuk şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində iki əraziyə zərbə endirildiyi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Vitali Maletski məlumat yayıb.

Onun sözlərinə görə, çoxmənzilli yaşayış binasına ziyan dəyib və binada yanğın baş verib. Həmçinin hotel binası da zərər görüb.

Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivniç bildirib ki, Rusiya hücumu nəticəsində 16 yaşlı oğlan ağır xəsarətlər alıb:

“O, xəstəxanaya yerləşdirilib”.

Noyabrın 8-i saat 21:23-ə olan məlumata görə, hücum nəticəsində 4 nəfər xəsarət almışdı. Onlardan üç nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Saat 22:38-də yenilənən məlumata əsasən, xəsarət alanların sayı 7-yə çatıb. Vilayət Hərbi Administrasiyasının rəhbəri daha iki nəfərin tibb müəssisələrinə çatdırıldığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin