Koronovirusun yeni növü yayılıb – Fərqli əlamətləri var

Hazırda oxunan: Koronovirusun yeni növü yayılıb – Fərqli əlamətləri var

646766

Koronovirusun yeni növü artıq özünü bəlli edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Bildirilir ki, yeni koronavirus ştammı olan PJ.2.1-in simptomları adi soyuqdəymə və ya qripə bənzəyə bilər.

Ekspertlər qeyd ediblər ki, yalnız simptomlara əsaslanaraq, infeksiyaya məhz hansı tənəffüs yolu virusunun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil.

Təşkilat vurğulayıb ki, xəstəliyin səbəbini müəyyən etmək üçün testdən keçmək lazımdır.

PJ.2.1 ştammını digər koronavirus variantlarından fərqləndirən əlamətlər arasında şiddətli boğaz ağrısı və xəstəlikdən sonra daha uzun müddət davam edən yorğunluq ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin