Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hazırda oxunan: Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

632748

Avqustun 21-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, avqustu 21-i "İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub.
 

O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.


Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin