Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Hazırda oxunan: Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

632746

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
 

Jurnalda 2026-2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.


Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.

Bundan əlavə, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin