Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.
Dövlət başçısı ötən gün – avqustun 23-də Özbəkistanın paytaxtı Daşkənddə bir sıra mühüm görüş və tədbirlərdə iştirak edib. Bu gün Prezident İlham Əliyevin səfər proqramı Buxarada davam edəcək.
Buxara Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması üçün hazırlıq işləri görülür.
Səfər çərçivəsində dövlət başçısının Buxarada bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Bizim.Media































































































