“Avroviziya” mahnı müsabiqəsinin təşkili ilə bağlı qaydalarda dəyişiklik edilib.
Bizim.Media Axşam.az-a istinadla xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə aparan ölkə müsabiqəyə ev sahibliyi edə bilməyəcək.
Avropa Yayım İttifaqının (EBU) açıqlamasında bildirilib ki, qalib ölkədə və ya ona yaxın ərazidə baş verən silahlı münaqişə, mürəkkəb geosiyasi vəziyyət və digər hallar təhlükəsizliyə və ya sabitliyə ciddi təsir göstərərsə, həmin ölkənin yayımçısı müsabiqəni keçirmək hüququndan avtomatik məhrum ediləcək.
Belə vəziyyətdə EBU müsabiqəyə ev sahibliyi etmək üçün başqa ölkə seçəcək. Yeni ev sahibi müsabiqəni qalib ölkənin adından deyil, öz adından təşkil edəcək.
Qeyd edək ki, 2022-ci ildə “Avroviziya”nın qalibi Ukrayna olmuşdu. Rusiya-Ukrayna müharibəsi səbəbindən 2023-cü ildə müsabiqənin Ukraynada keçirilməsi mümkün olmayıb. Nəticədə “Avroviziya-2023” Böyük Britaniyanın Liverpul şəhərində təşkil edilib.
Bizim.Media






























































































