Həkim sevdası bitmədi: "Ela”nın yeni EŞQİ – FOTO

Hazırda oxunan: Həkim sevdası bitmədi: "Ela”nın yeni EŞQİ – FOTO

631137

Uzun fasilədən sonra ekranlara qayıdan türkiyəli aktrisa Yasemin Ergene yeni eşq münasibəti ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, "Doktorlar" serialındakı "Ela Altındağ" rolu ilə yadda qalan məşhur aktrisa 14 illik həyat yoldaşı İzzet Özilhandan tək bir məhkəmə iclasında boşanıb.

4 sentyabr 2025-ci ildə rəsmi olaraq boşanan Yasemin Ergene dərhal yeni bir münasibət şayiələri ilə diqqət çəkib.

İddia olunur ki, o, boşanmasından bir ay sonra plastik cərrah Karaca Başaranla görüşməyə başlayıb və münasibəti 10 ay gizli saxladığı məlum olub.
 

"Sabah" qəzeti Yasemin Ergene ilə Karaca Başaranın eşqinin gerçək olduğunu və münasibətlərinin 10 ay əvvəl başladığını yazıb. Məlumata görə, 16 ildən sonra aktyorluğa qayıdan Ergene serial çəkilişlərindən əvvəl ötən ay sevgilisi Başaranla tətilə gedib.


 Hələ ki, birlikdə heç bir şəkil və ya görüntü yayımlamayan cütlüyün sevgilərini nə vaxt rəsmi olaraq elan edəcəkləri məlum deyil.
 
Qeyd edək ki, Yasemin Ergene yalnız uğurlu və gözəl aktrisalığı ilə deyil, həm də sosial media paylaşımları ilə diqqət çəkir.

Aktrisanın boşanmasından qısa müddət sonra plastik cərrah Prof. Dr. Karaca Başaran ilə romantik münasibətləri barədə şayiələr yayılmışdı. Münasibətin gerçək olduğu barədə şayiələr yayılsa da, Ergene bu iddiaları təkzib etmişdi.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin