BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

Hazırda oxunan: BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

631123

Cənubi Koreyanın məşhur BTS qrupunun üzvü Vi (V) canlı yayımda iki ildir eşitmə qabiliyyətini itirdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "BBC" bu məlumat yayıb.

"Əgər sol qulağımda eşitmə 100%-dirsə, sağ qulağımda bu göstərici cəmi 30% təşkil edir", – deyə Vi bildirib.

Müğənni eşitmə qabiliyyətinin hərbi xidmət zamanı pisləşdiyini deyib. Onun sözlərinə görə, əvvəlcə bunun "iradə məsələsi" olduğunu düşünərək ciddi qəbul etməyib. Sənətçi hazırda dərman müalicəsi aldığını və müntəzəm olaraq həkim nəzarətindən keçdiyini əlavə edib.
 

Vi canlı yayımı qrupun digər üzvü Çonquk (Jungkook) ilə birlikdə aparıb. Çonquk da baldırından zədə aldığını açıqlayıb. O, dünya turunda çıxışlarını davam etdirə bilməsi üçün ayağındakı problemi təcili həll etməli olduğunu qeyd edib.


Xatırladaq ki, iyulun 29-da K-pop nəhəngi BTS-in 2027-ci ildə keçiriləcək "Grammy" mükafatlandırma mərasimində iştirakdan imtina etdiyi məlum olmuşdu. Qrup üzvləri buna səbəb kimi təşkilatçıların yeni "Asiya" kateqoriyası yaratmasını göstəriblər.

Qeyd edək ki, BTS 2018-ci ildə "Love Yourself: Tear" albomu ilə ABŞ-nin albom çartına başçılıq edən ilk K-pop qrupu olub.

2024-cü ilin fevralında isə kollektiv "Spotify" platformasında ən çox dinlənilən qrup adını qazanıb. BTS dəfələrlə müxtəlif kateqoriyalarda "Grammy"yə namizəd göstərilsə də, mükafatı qazana bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin