Türkiyədə reytinqlərdə ön sıralarda qərarlaşan, hər yeni bölümü ilə gündəmdən düşməyən “Daha 17” serialı ilə bağlı gözlənilməz açıqlama diqqət çəkib.
Bizim.Media xəbər verir ki, məşhur müğənni İrem Derici serialda rol almaq istədiyini açıqlayıb. O, sosial media hesabında “Daha 17” serialının Hakan obrazını canlandıran aktyor Armağan Oğuzla bağlı süni intellekt vasitəsilə hazırladığı əyləncəli video paylaşıb.
Derici paylaşımında serialın yaradıcı heyətinə səslənərək özünə 5 dəqiqəlik rol yazılmasını istəyib. Müğənni zarafatla həmin rolda Hakan obrazını döyüb serialdan çıxacağını bildirib.
“Mənə 5 dəqiqəlik rol yazın, Hakanı döyüb çıxacağam” deyən İrem Dericinin bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, “Daha 17” son bölümləri ilə də reytinq yarışında lider mövqelərdə yer alır. Serialın 11-ci bölümü avqustun 9-da yayımlanıb. Serialda Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də rol alır. Cavadzadə ekran işində Şebnem obrazını canlandırır.

Bizim.Media




































































































