Naxçıvanda külli miqdarda qanunsuz siqaret və spirtli içkinin satışının qarşısı alınıb - FOTO

Hazırda oxunan: Naxçıvanda külli miqdarda qanunsuz siqaret və spirtli içkinin satışının qarşısı alınıb - FOTO

599155
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.
 
Moderator.az komitəyə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.
 
Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370 760 ədəd siqaret və 41 ədəd spirtli içki aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin