Gorun çatlasın, ay Hippokrat...

Hazırda oxunan: Gorun çatlasın, ay Hippokrat...

61986


Ziyalı”¦ Bu kəlmə zifri gecələrə günəş, dibsiz zülmətlərə nur, tufanlı dəryalara mayak, kor cəhalətə irfan, işıqforu pozulmuş böyük qovşaqlara nizam, bitmək bilməyən tunellərin sonunda isıq, küt beyinlərə ziya deməkdir. Bu kəlmə tarixin mürəkkəb xaotik dövrlərində kompos-yolgöstərən,  bir cox zamanlarda xalqın başının üstünü almış bəlaları bir ildırım ötürücü kimi rədd etməyi bacaran, xalgını qaranlıqdan aydınlığa cıxartmaq ücün ürəyini məşəl edən ”žDanko“ deməkdir.

 Uzun illərdən bəri yaşadığım Almaniyada çox müxtəlif azərbaycanlı ziyalılarla görüşdüm. Bunların bir neçəsini illər keçsə də heç cür unuda bilmirəm.

 ”¦Bir neçə ay öncə tanışlarımdan biri telefonda, ”žAzərbaycandan gəlmiş bir həkimin sənin köməyinə ehtiyaci var“, dedi. ”žAzərbacanli ziyalı“ adını eşidəndə çiçəyim çırtladı, iftixar hissindən sinəm qabardı. Azərbaycanlı bir həkimin Avropaya ixtisasını artırmağa, ya da müqavilə ilə işləməyə gəlməsi mənim üçün böyük qürur idi. Özümü uça-uça oraya yetirdim. Qarabuğdayı, uca boylu, yaraşıqlı, 30-32 yaşlarında, xalqımın tipik bir fərdi idi. Uzun illər qürbət ölkədə həsrət məni qovurğa kimi elə qovurmuşdu ki, içimdəki çıtır-çıtır səslər, ”žxalqıma da, onun belə ziyalı oğluna da qurban olum“, deyirdi.  Xoş-beşdən sonra  bir yerdə oturub cay içdik, çörək kəsdik. Nəhayət, bütün səmimiyyətimlə,

 - Nəyə ehtiyacin var?-deyə soruşdum.

Tələsik qarşılıq verdi sualıma:

 - Mənimlə Almaniyanın xarici vətəndaşlarla məşğul olan idarəsinə gedərsənmi?

- Əlbəttə gedərəm. Yəqin ki, qeydiyyat işləmlərin üçün tərcüməçiyə ehtiyacın var. Sevə-sevə kömək edərəm,- dedim.

-Yox, qeydiyyat işləmləri üçün deyil. Orda deyərsən ki, mənim Azərbaycan vətəndaşlığımı həmən ləğv edib Almaniya vətəndaşlığı versinlər.

Eşitdiklərimə inanmadım, ya da inanmaq istəmədim.

- Niyə?-deyə sordum.

Aramızda “qaçdı-qovdu”x9d bir dialoq oldu. 

- Mən o ölkəyə bir daha dönmərəm.

-Yoxsa sən də siyasi təqiblərə məruz qalmısan? Azadlıq meydanına cixib “millətlərə istiqlal, insanlara hürriyyət”x9d, “azadlıq”x9d, “demokratiya”x9d şüarları səsləndirmisən deyə yaxalayıb, dərinə saman təpiblər...

-Yox.

- Bəlkə haqqını tapdalayıblar, parlamentə namizədliyini vermisən, bir ətək pul xərcləmisən,  iktidardakı qurdlar da saxta yollarla mandatı öz adamlarına veriblər?

- Yox.

- Hə basa düsdüm, yəqin dilini dinc qoymayıbsan, oturub-durub hər yerdə demokratiyanin, metbuat, söz azadliqinin olmadigindan danismisan, onlar da səni isdən qovmuşlar?

- Yox.

- Belke Klinikani elinden almışlar, ya seher merkezinde olan evini söküb pulunu az vermisler?

- Yox.

- Azerbaycanin ermenistanla sərhəd rayonunda olan evini ermənilər bombalamış,  evsiz ”“ eşiksiz qalmısan, dövlət sənə sahib çıxmamış, sən də küsüb üzünü Avropaya tutmusan?

- Yox.

- Tapdım. Səni əlinə silah verib bir harınlamışın övladının yerinə əsgər apamaq istəyiblər. Sən də qaçmısan. Haqlısan. Bu boyda da haqsızlıq olmaz”¦

- Yox.

- O zaman nədir axı sənin problemin?

- Qoymurlar.

- Nəyi qoymurlar? Azad nəfəs almağamı qoymurlar?

- Yox, rüsvət almağa qoymurlar. Bir korrupsiyaya qarşı mübarizə idarəsi yaradıblar. O da kəsib başımızın üstünü. Rüşvət alsaq həbsə atırlar, almasaq da o ölkədə yaşamaq olmur.

Quruyub qalmışdım. Nə deyəcəyimi bilmirdim. İçimdəki çıtırtıdan əsər-əlamət qalmamışdı. Sönük bir səslə, ”žGorun çatlasın, ay Hippokrat“-dedim.

Öz aləmində olan ”žziyalı“ həmvətənim isə son cümləmi belə duymadan bir şeylər anlatmağa davam edirdi”¦ 

 

 

 Firudin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin