Gürcüstanda azərbaycanlı narkotik alverçisi saxlanıldı

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı narkotik alverçisi saxlanıldı

85515
İstintaq aparılır.

Gürcüstan DİN-nin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Baş İdarəsinin əməkdaşları istintaq-axtarış əməliyyatları nəticəsində Poniçalada narkotik vasitələrin qanunsuz əldə olunması və satışı faktı ilə bağlı əvvəllər soyğunçuluğa görə mühakimə edilmiş 1980-ci il təvəllüdlü Xəqani A. adlı şəxsi saxlayıblar.   

Oxu.Az “Qruziya-onlayn”x9da istinadla xəbər verir ki, DİN-nin məlumatına əsasən, istintaq müəyyən edib ki, şübhəli şəxs mütəmadi olaraq narkotik vasitələri satıb. Narkoloji yoxlama zamanı saxlanılan şəxsin heroin istifadə etdiyi müəyyən olunub. 

Hazırda Gürcüstanın Cinayət Məcəlləsinin müvafiq maddəsi (narkotik vasitələrin qanunsuz hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, daşınması) üzrə istintaq aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin