Bakıda “moyka”x9dya avtomobil verən şəxsin maşınını qaçırdıb qəza törətdilər

Hazırda oxunan: Bakıda “moyka”x9dya avtomobil verən şəxsin maşınını qaçırdıb qəza törətdilər

85393
O polisə müraciət edib.

Bakıda yol qəzası qeydə alınıb.

Moderator.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fəxrəddin Aydın oğlu Şamiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 8-də özünə məxsus “Toyota Land Cruiser”x9d markalı avtomobili rayonun Zahid Xəlilov küçəsi, 14-də yerləşən avtoyuma məntəqəsində yumaq üçün Nicat adlı şəxsə verib.
 
F. Şəmiyev bir az sonra avtoyuma məntəqəsinə qayıtdıqda avtomobilin orada olmadığını görüb. İyulun 9-da həmin avtomobil Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyində Xırdalan şəhəri ərazisində əzilmiş vəziyyətdə aşkar edilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin