Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Hazırda oxunan: Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

622074

Serbiya silah-sursat, raket atıcı qurğuları və pilotsuz uçuş aparatlarını (PUA) düşmən kəşfiyyatından qorumaq üçün yeraltı sığınacaqların və istehsal sahələrinin tikintisinə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkə Silahlı Qüvvələrinin nümayiş xarakterli atəş təlimlərindən sonra Serbiya Prezidenti Aleksandat Vuçiç bəyan edib.

A.Vuçiç qeyd edib ki, rəsmi Belqrad hərbi infrastrukturun mühafizəsi məsələsində İranın modelini nümunə götürəcək:
 

"Biz İrandan nümunə götürərək hərəkət edəcəyik. Onlar bu işi olduqca təsirli şəkildə həyata keçiriblər: hər şeyi yerin altına köçürüblər. Atıcı qurğular yer üzünə çıxır və düşmən kəşfiyyatı tərəfindən aşkar edilən kimi yenidən yerin altına qayıdır. Onlar ciddi istehsal sahələri qurublar və hər şey yer altındadır".


Prezidentin sözlərinə görə, bu üsul yaxın gələcəkdə Serbiyada istehsalının kəskin şəkildə artırılması planlaşdırılan on minlərlə hərbi dronun təhlükəsizliyini və gizli şəkildə yerləşdirilməsini təmin etməyə kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl Vuçiç ölkə ordusunda xüsusi PUA idarəetmə bölmələrinin yaradılacağını da elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin