Bakıda tutulan narkobaronla bağlı maraqlı faktlar açıqlanıb.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında “Baron Aydın”x9d ləqəbli Aydın Bağırovun tutulması üçün tədbir keçirilib. Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb. Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir

































































































