Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Hazırda oxunan: Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

622221

“Ermənistan tərəfindən Rusiyanın Gümrüdəki hərbi bazasının statusuna yenidən baxılması ilə bağlı hələlik heç bir siqnal daxil olmayıb".

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına verdiyi müsahibədə bəyan edib.

Gümrüdəki 102-ci hərbi bazanın müqavilə şərtlərinin dəyişdirilməsi ehtimalı barədə sualı cavablandıran nazir müavini rəsmi İrəvanın mövqeyini xatırladıb:

"Bilirsiz, Ermənistan tərəfindən hələlik belə bir siqnal gəlməyib. Üstəlik, Ermənistan tərəfi rəsmi səviyyədə bəyan edir ki, İrəvan Rusiyanın Gümrüdəki hərbi bazasının fəaliyyətinin dayandırılması məsələsini nəzərdən keçirmir".

Bununla belə, Qaluzin Ermənistandakı bəzi siyasi qüvvələrin və qərbpərəst qeyri-hökumət təşkilatlarının (QHT) Rusiyanın ölkədəki hərbi mövcudluğunu qaralamağa çalışdığını, lakin bu cəhdlərin əbəs olduğunu vurğulayıb:

"Təəssüf ki, bəzi qüvvələr bu mövcudluğu az qala bir 'işğal aləti' və ya Ermənistana qarşı qeyri-dostluq təzahürü kimi qələmə verməyə çalışırlar. Lakin yerli əhalinin hərbi bazaya olan dostyana münasibəti bu iddiaları alt-üst edir".

Aİ-yə üzvlük fərziyyəsi və İran sərhədi
 

Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü fonunda hərbi bazanın gələcək taleyi barədə danışan Qaluzin bildirib ki, bu, Ermənistanın öz daxili müzakirə mövzusudur:


"Biz hazırda qüvvədə olan və icra edilən sazişdən çıxış edirik. Biz bu müqavilə üzrə öhdəliklərimizi yerinə yetirmək əzmindəyik və Ermənistan tərəfindən də eyni addımı gözləyirik".

Ermənistanın ABŞ ilə regionda kommunikasiyalar qurması fonunda Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması ehtimalına toxunan nazir müavini, Moskva ilə İrəvan arasında 1992-ci ildə imzalanmış dövlətlərarası müqaviləni xatırladıb:

"Mən ondan çıxış edirəm ki, bizim Ermənistanla birtərəfli qaydada sərhədçilərimizin fəaliyyət şərtlərinə dair 1992-ci il sazişimiz var və bu saziş tam yerinə yetiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin