Nabran faciəsinə görə ölüm...

Hazırda oxunan: Nabran faciəsinə görə ölüm...

31978

Bir neçə gün əvvəl Nabrandakı “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasosa düşən 2 yaşlı İmranın işinə görə, həbs edilənlərdən birinin yaxınları vəfat edib.

Moderator.az Bizimyol.info-ya istinadən xəbər verir ki, faciəyə görə məsuliyyət daşıyan Firdofsi İsmayılovun qaynanası Şəkifə Hacıbalayeva kürəkəninin həbsini eşidən kimi ürəyi dayanıb. 

Qeyd edək ki, Hacıbalayeva Şəkifə Zöhrab qızı 1937-ci il təvəllüdlüdür. Xudat şəhəri, Nəsimi küçəsi ev 25-də yaşayırdı.  Xatırladaq ki, faciəyə görə, həbs olunanlar Xaçmaz rayonu, Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Xaçmaz rayonu, Xudat şəhər sakini İsmayılov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir.

 



Nabran faciəsinə görə ölüm...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin