Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Hazırda oxunan: Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

610245

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

İşgüzar görüş Kremldə baş tutub. Kadırov Rusiya dövlət başçısına görüş üçün vaxt ayırdığına görə təşəkkürünü bildirib və Çeçenistandakı vəziyyət barədə məlumat verib.

"Sizin şəxsi diqqətiniz və dəstəyiniz sayəsində regionun sosial-iqtisadi inkişafı sabit dinamikanı qoruyub saxlayır və yüksək nəticələr nümayiş etdirir. Dövlət proqramları və milli layihələr uğurla icra olunur, bütün sosial öhdəliklər yerinə yetirilir", — deyə Kadırov bildirib.
 

Həmçinin Çeçenistan rəhbəri qeyd edib ki, hazırda regionda respublika rəhbərinin, Dövlət Dumasının və respublika parlamentinin deputatlarının seçkilərinə hazırlıq gedir.


Vladimir Putin də öz növbəsində Çeçenistan sakinlərinin bu il keçiriləcək prezident seçkilərində Ramzan Kadırovu bir daha dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin