Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

Hazırda oxunan: Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

610238

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı Ukrayna və İrandakı münaqişələrin eyni vaxtda başa çata biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “reuters” xəbər dərc edib.

"Hansı hərbi münaqişə daha tez bitəcək? Bilmirəm. Bəlkə də eyni vaxtda," — deyə o bildirib.
 

Ağ Ev rəhbərinin sözlərinə görə, onun üçün Rusiya tərəfinin İranla deyil, Ukraynadakı münaqişənin həlli ilə məşğul olması daha vacibdir. Tramp qeyd edib ki, Putin ona uranın zənginləşdirilməsi məsələsində kömək etməyi təklif edib.


"Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin bitirilməsinə cəlb olunmasına üstünlük verərdim. Bu, mənim üçün daha vacib olardı," — deyə Tramp vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin