“Qarabağ” dərdinə dözməyən Əvəzov özünü GÜLLƏLƏDİ

Hazırda oxunan: “Qarabağ” dərdinə dözməyən Əvəzov özünü GÜLLƏLƏDİ

236766

Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən avtomobil yolunun kənarında yerləşən “Qarabağ” kafesinin sahibi, azərbaycanlı Mayor Əvəzov özünü güllələyib.

xa0

Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, 58 yaşlı Əvəzovun meyiti kafenin 100 metrliyində, meşə zolağında tapılıb. Məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib. Əvəzovun özünə ov tüfəngindən atəş açdığı bildirilir.

xa0

Məlumata görə Əvəzov sahibi olduğu kafenin Astana ədliyyə departamentinin dövlət məhkəmə icraçıları tərəfindən sökülməsinə etiraz olaraq intihar edib. Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.

xa0

2017-ci ilin sentyabrında paytaxtın Almata rayon məhkəməsi şəhər hakimiyyətinin Mayor Əvəzova qarşı kafenin məcburi sökülməsi barədə iddia qaldırıb.xa0İddiaya əsasən sahibkar təxminən 1 sotluq ərazidə yerləşən kafeni sökməli, ərazini boşaltmalı idi. Şəhər hakimiyyəti ərazinin qanunsuz zəbt edildiyini iddia edib. Lakin Əvəzovun nümayəndəsi məhkəmədə bildirib ki, ərazinin icarəsinə dair “Astana Green Resource” şirkəti ilə müqavilə var.

xa0

Məhkəmə isə ötən ilin iyununda belə qərar çıxarıb ki, Əvəzov müvafiq icazə sənədləri olmadan dövlətə məxsus ərazidə “Qarabağ” kafesi tikib və onu kommersiya məqsədi ilə istismar edir.xa0Və Əvəzovun kafeni sökməsi barədə hökm çıxarılıb, icarə müqaviləsi qüvvədən düşmüş sayılıb. Məhkəmə qərarına əsasən azərbaycanlı sahibkara cərimə də kəsilib.

xa0

Dekabr ayında apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Habelə bu ilin yanvarında Almata rayon məhkəməsi Əvəzovu cərimələyib. Onu müvafiq qanuni sənədləri olmadan neft məhsullarını əldə etmə, saxlama və satma maddəsi ilə təqsirləndiriblər.xa0Belə ki, Əvəzov Astana-Yekatrinburq şosesinin kənarında yerləşən “Qarabağ” kafesində dizel və kerosinin qəbulu-satışı məntəqəsini təşkil edib. Həmin yanacağı əsasən TIR sürücülərinə satıb.

xa0

Məhkəmə müəyyən edib ki, Əvəzov 2017-ci ildə qanunsuz olaraq 3760 litr dizel yanacağını “Qarabağ” kafesində saxlayıb. Habelə 1 ton yanacağı 130 min təngəyə satıb.

xa0

Məhkəmədə Əvəzov günahını qismən etiraf edib,xa0bildirib ki, yanacağın bu cür satışının qadağan olduğunu bilmirdi.

xa0

Kafenin məcburi sökülməsi barədə qərar isə iyunun 20-də qüvvəyə minib və sahibkara avqustun 2-nədək vaxt verilib.xa0Sahibkar kafeni sökmədiyi üçün obyektin avqustun 16-da məcburi sökülməsi qərara alınıb. Bu haqda Əvəzova əvvəlcədən xəbərdarlıq edilib. Lakin obyektinin sökülməsinə dözməyən Əvəzov özünü vurub...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin