Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.
xa0
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun xa0sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.
xa0
Sabiq MTN polkovniki Vüqar Guləli yenidən məhkəmədən vaxt istəyib. O, vəkilləri ilə məsləhətləşmək istədiyini bildirib.
xa0
Hakim bildirib ki, təqsirləndirilən şəxsə yetərincə vaxt verilib.xa0
xa0
Vüqar Güləli yenidən hakimdən xahiş edib: "Humanistlik edin, bir həftə də vaxt verin. Zərərçəkənlərə dəymiş ziyanı ödəyim".
xa0
Zərərçəkənlər isə buna etiraz edib: "5 ildir bizi fırladır, indi bir həftəyə verən deyil. Kişi kimi söz versin, əgər ödəməsə, biz burda yaxşı sözlər deyəcəm".
xa0
Proses martın 16-da davam edəcək.
xa0
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
xa0
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.xa0
xa0
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
xa0
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, Laçın rayon şöbəsinin rəisi olub. V.Əsədov isəxa0
Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.(lent.az)





































































































