Cəlilabadda 3 kiloqramdan çox heroin aşkarlandı

Hazırda oxunan: Cəlilabadda 3 kiloqramdan çox heroin aşkarlandı

206617
Polis əməkdaşları 3 kiloqramdan çox heroin aşkar etdilər.

Cəlilabad Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
xa0
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsinyaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.
Onun üzərindən və həyətindəkitövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118qram heroin olması barədə rəy verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.(modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin