“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Dövlətimizin başçısı həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edibb.
Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd edib.
Bizim.Media

































































































