Düz bağırsağında narkotik keçirmək istədi

Hazırda oxunan: Düz bağırsağında narkotik keçirmək istədi

191437
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə Moderator.az-a DGK-dan məlumat verilib.

Nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin