"Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

Hazırda oxunan: "Nissan" 600 mindən çox avtomobili geri çağırır - SƏBƏB

621802

"Nissan Motor" şirkəti litium-ion batareyasının idarəetmə blokunda aşkar olunmuş nasazlıq səbəbindən 600 595 avtomobili əhatə edən geriçağırma kampaniyasına start verib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə rəsmi məlumat təqdim olunub.

Geriçağırma 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal edilən "Note", "Note Aura" və "X-Trail" hibrid modellərinə şamil edilir.

Məlumata əsasən, batareyanın elektron idarəetmə blokunun proqram təminatındakı qüsur mexaniki nasazlıqlar barədə yanlış siqnallar yarada bilər. Bu isə avtomatik sistemin mühərrikə verilən elektrik enerjisini məhdudlaşdırmasına, bəzi hallarda isə mühərriki tamamilə söndürməsinə səbəb olur. Nəticədə avtomobil hərəkət zamanı gözlənilmədən dayana bilər.
 

İndiyədək bu problemlə bağlı 452 müraciət qeydə alınıb. Bundan başqa, maddi zərərlə nəticələnən bir hadisənin baş verdiyi bildirilsə də, xəsarət alanların olduğu barədə məlumat açıqlanmayıb.


Şirkət problemin aradan qaldırılması məqsədilə geriçağırma kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz şəkildə yeniləyəcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin