Danimarka hökuməti ölkə üzrə azanın qanunla qadağan olunmasının mümkünlüyünü yenidən araşdırmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Danimarkanın immiqrasiya naziri Morten Bodskov bildirib ki, hökumət azanın qadağan edilməsinin hüquqi əsaslarının qiymətləndirilməsinə yenidən başlayacaq.
Nazir azanın Danimarkanın ictimai məkanında yerinin olmadığını deyib:
“Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz”.
O, həmçinin ölkədə artan “islamlaşma”nın ictimai məkanı daha çox zəbt etdiyini irəli sürüb. Bu, Danimarkada azanın qadağan olunması təşəbbüsünün son altı ildə üçüncü dəfə gündəmə gətirilməsidir. Oxşar təşəbbüslər 2020 və 2025-ci illərdə də müzakirə olunmuşdu.
Bununla belə, təşəbbüsün həyata keçirilməsi hüquqi çətinliklərlə üzləşə bilər. Çünki Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.
Təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə təxminən 100 olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:57 / 27.06.2026
Azanı qadağan etməyə hazırlaşırlar
Hazırda oxunan: Azanı qadağan etməyə hazırlaşırlar
Hazırda oxunan: Azanı qadağan etməyə hazırlaşırlar
621792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































