Son dövrdə köhnə tikililərdə mənzillərin qiyməti 7-8 faiz, yeni tikililərdə 11 faiz, tikinti mərhələsində olan layihələrdə isə 13-14 faiz artıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, daşınmaz əmlak bazarında bahalaşma davam edir.
Torpaq bazarında bahalaşma təxminən 17 faiz təşkil edib. Söküntü və abadlaşdırma aparılan ərazilərdə isə qiymət artımının 30-35 faizə çatması mümkündür.
Ekspert bildirib ki, eyni ərazidə köhnə binalarda kvadratmetrin qiyməti 1500 manat olduğu halda, yeni tikililərdə bu göstərici 2200-2500 manata çata bilər. Bahalaşmanın əsas səbəbləri tikinti xərclərinin artması və yüksək tələbatdır. (metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
00:40 / 24.09.2026
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
638396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.










































































































