Ekspres avtobuslarda YENİLİK - İkinci validator quraşdırıldı - FOTO

Hazırda oxunan: Ekspres avtobuslarda YENİLİK - İkinci validator quraşdırıldı - FOTO

635212

"Bakı Metrosu" QSC-nin "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda ikinci oxuma cihazı (validatorlar) quraşdırılıb.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
 

Bildirilib ki, ikinci validator sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə quraşdırılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.


Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda ikinci validator quraşdırılıb.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin