Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı

Hazırda oxunan: Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı

635223

Sentyabrın 6-da saat 19:40-da 1978-ci il təvəllüdlü şəxs (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yayıb.

Qurumdan bildirilib ki, boyun nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
 

Xatırladaq ki, bıçaqlanma hadisəsi dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb. 


Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin