2026-cı ilin cari dövrü ərzində Azərbaycanda uşaqlara ən çox Uğur adı verilib.
Bizim.Media-nın Ədliyyə Nazirliyinin rəsmi saytından əldə etdiyi məlumata görə, indiyədək 1034 nəfərə Uğur adı qoyulub.
Bu il qız uşaqları üçün isə ən çox Melisa adı seçilib. İndiyədək 749 qıza Melisa adı verilib.
Adlarla bağlı ilk beşlik siyahısı isə belədir:
Uğur – 1034, Raul – 778, Melisa – 749, İnci – 714, Alisa – 687.
Uşaqlara ən az qoyulan adlar isə Milay və İsmail olub. Belə ki, 2026-cı il ərzində bu adların hər biri 106 uşağa verilib.
Fəridə, Bizim.Media




































































































