Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.
Bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:50 / 12.08.2026
DSMF-nin xərcləri 431 milyon manat artdı
Hazırda oxunan: DSMF-nin xərcləri 431 milyon manat artdı
Hazırda oxunan: DSMF-nin xərcləri 431 milyon manat artdı
630686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































