Azərbaycanda bu il dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda bu il dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

630358

2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Bizim.Media  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8.0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21.5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54.4 faiz çox, Dövlət Neft Fondundan transfert isə 7 490,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

 

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99.9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.1 faiz icra olunub.

 

Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1.2 faiz çoxdur.

2026-cı ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 841,8 milyon manat, xərcləri isə 23 742,4 milyon manat məbləğində icra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin