Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir.
Cari ilin iyun ayında Azərbaycanda sürətli pulköçürmə sistemləri vasitəsilə bank sistemindən kənar həyata keçirilən pul köçürmələrinin həcmi 42,6 milyon manat (66,3 min əməliyyat) təşkil edib.
AMB-nin apardığı hesablamalara görə, ötən ilin iyun ayı ilə müqayisədə əməliyyatların sayı 14,2 min və ya 17,6 faiz azalıb, pul köçürmələrinin həcmi isə 4,4 milyon manat və ya 11,5 faiz artıb.
AMB-nin məlumatına əsasən, hesabat dövründə bir pul köçürməsinin orta məbləği 642,7 manat olub ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 168,9 manat və ya 35,6 faiz çoxdur.
Qeyd edək ki, bankın məlumatına görə, iyun ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon karta çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Bundan əlavə, debet kartlarının sayı 12 faiz artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
"İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.
Ödənişlərin qalan hissəsi POS-terminallar vasitəsilə 1,325 milyard manat, özünəxidmət terminalları və bankomatlar vasitəsilə isə 2,5 milyon manat həcmində həyata keçirilib.
İlin əvvəlindən etibarən ölkədaxili ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla həyata keçirilən ümumi əməliyyatların həcminin 69,8 faizini təşkil edib", – deyə AMB-nin məlumatında bildirilir. (trend.az)
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
03:43 / 08.08.2026
Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb
Hazırda oxunan: Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb
Hazırda oxunan: Azərbaycanda kənar pul köçürmələrinin həcmi artıb
629911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































