Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

Hazırda oxunan: Naxçıvanda avtobuslarda nağdsız ödəniş sisteminə keçid edilir

629870

Bu barədə Bizim.Media-ya "Bakıkart" MMC-dən məlumat verilib.
 

Bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda gedişhaqqının ödənilməsi “CityCard” ödəniş kartı, “BakıKart” mobil tətbiqi, istənilən bank kartı, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə mümkün olacaq.


Sərnişinlər “CityCard” ödəniş kartını 3 AZN-ə Naxçıvan şəhərində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin rəsmi filiallarından əldə edə biləcəklər.

Yeni sistem şəhərdə fəaliyyət göstərən avtobuslarda tətbiq edilərək sərnişinlərə gedişhaqqını daha rahat, sürətli və təhlükəsiz şəkildə ödəmə imkanı yaradacaq.

Nağdsız ödəniş imkanlarının genişləndirilməsi ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqinin artırılmasına və sərnişin təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin