Bölgələrdə əriyin qiyməti yerində neçəyədir? - VİDEO

Hazırda oxunan: Bölgələrdə əriyin qiyməti yerində neçəyədir? - VİDEO

616852

Ərikin daha çox becərildiyi rayonlardan biri də Goranboydur. Bu il rayonda qeyri-sabit hava şəraiti tez yetişən əriklərin məhsul verməsinə təsir göstərib. Bitkinin çiçəklənmə dövründə yağış, soyuq hava məhsuldarlığı aşağı salıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Goranboydan olan təsərrüfat sahibi Rasim Nəbiyev 8 hektar bağda 5 növ ərik yetişdirir.

Amma ötən illə müqayisədə bu il tez yetişən əriklərdən yetərincə məhsul yığa bilməyib. Bu qiymətlərin də baha olmasında səbəb olub.
 

Fermer onu da qeyd edir ki, hazırda ərikin kilosu 5-6 manatdır. Amma keçən il 1.50-2 manat idi. Aran bölgəsində isə vəziyyət fərqlidir. Saatlıda Naharlı kəndində 3 il əvvəl salınan ərik bağından ilk kütləvi yığım başlayıb. Bağ sahibi bildirib ki, hava şəraiti qeyri- sabit olsa da bölgənin iqlimi meyvənin yetişməsinə münasib olub.


Hazırda məhsulun qiyməti keyfiyyətinə görə 2-5 manat arası dəyişir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin