Azərbaycanla İran arasında enerji mübadiləsi: həm ixrac, həm də idxal azalıb

Hazırda oxunan: Azərbaycanla İran arasında enerji mübadiləsi: həm ixrac, həm də idxal azalıb

615625

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İran İslam Respublikasına 8,102 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 230 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 265 min kVt/saat və ya 3,2%, dəyər ifadəsi ilə isə 8 min ABŞ dolları, yaxud 3,4% azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan İrandan 211 min ABŞ dolları dəyərində, 7,414 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 min ABŞ dolları və ya 6,6%, həcm ifadəsində isə 557 min kVt/saat və ya 7% azdır.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
 

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə, həcm baxımından isə 343,6 milyon kVt/saat və yaxud 4,5 dəfə azalıb.


Bundan başqa, bu ilin ilk üç ayında Azərbaycan sözügedən ölkələrdən 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 421 min ABŞ dolları və ya 45,1%, həcm ifadəsində isə 2,4 milyon kVt/saat və ya 8,1% çoxdur. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin