Azərbaycan səfirliyi Henrix Mxitaryandan danışdı

Hazırda oxunan: Azərbaycan səfirliyi Henrix Mxitaryandan danışdı

94644
“Futbol komanda oyunudur”x9d.

Azərbaycan Respublikasının arzuolunmaz şəxslər siyahısına milli mənsubiyyətindən və sənətindən asılı olmayaraq, işğal altında olan Dağlıq Qarabağa və ona yaxın əraziyə öncədən Azərbaycan hakimiyyətindən izin almadan səfər edən və beləliklə də, Azərbaycanın ərazi bütövlüyünü pozan şəxslər daxildir.  

Moderator.az xəbər verir ki, bu barədə ESPN FC-ə Azərbaycanın Almaniyadakı səfirliyindən bəyan ediblər.

Bununla yanaşı, səfirliyin bəyanatında bildirilir:

“Futbol komanda oyunudur və ona görə də “Dortmund”x9dun Bakıya səfəri ayrı-ayrı şəxslərin deyil, bütün komandanın səfəri kimi dəyərləndirilməlidir”x9d. 

Bəyanatda “viza almaq üçün müraciətə müvafiq qaydada baxılmalıdır. Arzuedilməz şəxslər siyahısından olan birinin müraciət məsələsi fərdi əsasda həll ediləcək”x9d deyə, vurğulanır.

Bəyanatda, həmçinin qeyd edilir ki, viza almaq üçün müraciətlər Azərbaycan qanunvericiliyi, eləcə də belə matçların keçirilməsi üçnü UEFA müddəaları üzrə nəzərdən keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin