Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur

Hazırda oxunan: Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur

647049

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi fransalı Salahdin Parnas ola bilər.

Bizim.Media "AgentMMA" portalına istinadən xəbər verir ki, tərəflərin qarşılaşması 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində keçiriləcək "UFC Fight Night" turniri üçün mümkün variantlardan biri kimi nəzərdən keçirilir.
 

Turnirin "American Airlines Center" arenasında təşkili planlaşdırılır. Bununla belə, Fiziyevlə Parnas arasında döyüşün keçirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur. Tərəflərin danışıqlar apardığı da təsdiqlənməyib.


Qeyd edək ki, 28 yaşlı Salahdin Parnas əvvəllər Polşanın KSW təşkilatında yarım yüngül və yüngül çəki dərəcələrində çempion olub.

O, sentyabrda UFC-də debüt edərək Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.

Rafael Fiziyev isə sonuncu döyüşünü bu il iyunun 27-də Bakıda keçirib. O, Manuel Torresi ikinci raundda nokautla üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin