Onlar da Ukrayna kəşfiyyatının "qara siyahısı"na düşdülər

Hazırda oxunan: Onlar da Ukrayna kəşfiyyatının "qara siyahısı"na düşdülər

647019

Rusiyanın Xalq artisti Sergey Bezrukov və tanınmış teleaparıcı, şoumen Mixail Qalustyan Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məxsus "War and Sanctions" portalının məlumat bazasına daxil ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən portalın veb saytında məlumat yerləşdirilib.
 

Ukrayna tərəfi S.Bezrukovun "qara siyahı"ya salınmasını onun ölkədəki hərbi əməliyyatları dəstəkləməsi və vətənpərvərlik mövzusunda təşkil olunan konsertlərdə aktiv iştirak etməsi ilə əlaqələndirib.


Sənətçinin məlumat vərəqəsində həmçinin vurğulanır ki, o, 2014-cü ildə digər incəsənət xadimləri ilə yanaşı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsi ilə bağlı mövqeyini müdafiə edən məktubu imzalayanlardan biri olub.

Şoumen və teleaparıcının məlumat bazasına əlavə edilməsi də eyni şəkildə müharibəyə dəstək verməsi ilə izah edilir.

Əlavə əsaslandırma kimi isə M.Qalustyanın Rusiya Federasiyasının addımlarını təbliğ edən bir neçə layihə çərçivəsində Rusiya Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin