Azərbaycanda 9 gün iş olmayacaq

Hazırda oxunan: Azərbaycanda 9 gün iş olmayacaq

647020

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 gün qeyri-iş günü olacaq.

Bizim.Media xəbər verir ki, Trend.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiq etdiyi istehsalat təqvimindən məlumat əldə edib.
 

Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də iş günü hesab edilmir.


Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü nəzərdə tutulub.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin