Bakıya nə zaman qar yağacaq? – Açıqlama

Hazırda oxunan: Bakıya nə zaman qar yağacaq? – Açıqlama

647028

Son günlər Azərbaycanın bir sıra bölgələrində qar yağması, havanın temperaturunun aşağı düşməsi qış fəslinin gəlişini xatırladır. Bölgələrdə müşahidə olunan bu hava şəraiti paytaxt Bakıda da qar yağıb-yağmayacağı ilə bağlı marağı artırıb.

Yaxın günlərdə Bakıda qar gözlənilirmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, noyabr ayında bir çox dağlıq ərazilərdə qar yağması xarakterik haldır:
 

“Azərbaycanın, xüsusilə də Yan silsilə və Baş Qafqaz sıra dağlarının ərazilərində sentyabrın ortalarından, hətta bəzən avqustun sonlarından qar yağması müşahidə olunur. Buna görə də hazırkı hava şəraitində qeyri-adi heç nə yoxdur.


Hazırda Azərbaycan ərazisində yüksək atmosfer təzyiqinin müşahidə olunması antisiklon təsirinə işarədir. Bununla yanaşı, atmosferdə tez-tez müşahidə olunan siklon və antisiklonların təsiri, eləcə də Azərbaycana daxil olan arktik hava kütlələri havanın temperaturunun aşağı düşməsinə səbəb olur”.
 
Ekspert bildirib ki, hazırkı soyuq hava şəraitinə və dağlıq ərazilərdə qar yağmasına baxmayaraq, yaxın günlərdə Bakıda qar gözlənilmir:

“Hərçənd bəzi illərdə, məsələn, 2012-ci il yanvarın 1-də Bakıya qar yağıb. Yenə deyirəm, burada qeyri-adi, fövqəladə təbii hadisə yoxdur. Xüsusilə nəzərə alaq ki, bütün dünya iqlim təlatümlərinin yaşandığı bir dövrdən keçir. Əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Görürsünüz, bu gün gün çıxıb. İndi nə deyək, yaydır, yay gəldi? Payızın şıltaqlıqları hələ təxminən bir ay yarım davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin