Azərbaycanla Türkiyə Qara dənizin dibi ilə elektrik ötürücü xəttin çəkilməsini müzakirə edir

Hazırda oxunan: Azərbaycanla Türkiyə Qara dənizin dibi ilə elektrik ötürücü xəttin çəkilməsini müzakirə edir

647052

Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan Qara dənizin dibi ilə sualtı elektrik ötürücü xəttinin çəkilməsini müzakirə edir.

Bizim.Media "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bu fikri Antalyada COP31 çərçivəsində jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
 

Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasındakı təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin əhəmiyyətinə diqqət çəkən türkiyəli nazir, qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.


O bildirib ki, Türkiyə elektrik enerjisi interkonnektorlarının gücünü 5,4 giqavatdan 15 giqavatta qədər artırmağı hədəfləyir.

A.Bayraktar yeni meqa enerji bağlantı layihələri üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəmində, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönəlmiş layihələr mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin