Yeni müqavilə “Real”a baha başa gəldi

Hazırda oxunan: Yeni müqavilə “Real”a baha başa gəldi

647018

“Real”ın futbolçulara və məşqçi heyətinə çəkdiyi maaş xərcləri kəskin artıb.

Bizim.Media sport.es-ə istinadən xəbər verir ki, Madrid klubunun cari mövsümdə maaş xərcləri ümumilikdə 707 milyon avro təşkil edir.
 

Bu məbləğ klubun ümumi əməliyyat xərclərinin 57 faizinə, gəlirlərinin isə 50 faizinə bərabərdir. Bildirilir ki, göstəricilər UEFA-nın maliyyə qaydalarına uyğundur.


Mənbənin məlumatına əsasən, “Real”ın maliyyə imkanları bu həcmdə xərcləri qaydaları pozmadan qarşılamağa imkan verir.

Qeyd edək ki, Madrid təmsilçisi cari mövsüm üçün ümumi gəlirlərini 1 milyard 405 milyon avro səviyyəsində proqnozlaşdırır. Klubun maaş xərclərinin artmasında yay transferləri və Vinisius Juniorla müqavilənin uzadılması da rol oynayıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin