Tanınmış jurnalistə yüksək vəzifə verildi

Hazırda oxunan: Tanınmış jurnalistə yüksək vəzifə verildi

647034

"Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib.

Bizim.Media xəbər verir ki, tanınmış idman jurnalisti Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib.

Emin Abbasov jurnalist kimi "Lider" TV-də, "Xəzər" TV-də, ATV-də çalışıb, bir sıra idman verilişlərinin aparıcısı olub. 2011-ci ildə Sportal.az saytını təsis edib.

Xatırladaq ki, "Səbail" klubu Azərbaycan Çempionatının I Liqasında çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin